Maraqlı

Gürcüstan iqtisadiyyatı bu il 4% azalacaq

17 May 2020 20:15
0 Şərh     Baxış: 1 114
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Valyuta Fondu (BVF) bu il Gürcüstan iqtisadiyyatının 4% azalacağını, 2021-ci ildə isə 4% artacağını proqnozlaşdırır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, BVF-nin Gürcüstanın iqtisadi islahat proqramının altıncı icmalında verilən məlumata görə, Fond icmalın başa çatmasından sonra Gürcüstanın tədiyyə balansını sabitləşdirmək, maliyyə ehtiyaclarını ödəmək, o cümlədən səhiyyə xidmətləri və sosial müdafiəyə artan xərcləri qarşılamağa kömək etmək üçün ölkəyə  təxminən 200 mln. ABŞ dolları həcmində yardım ayıracaq.

BVF qeyd edir ki, ötən illərin müsbət iqtisadi dinamikası fonunda pandemiyanın Gürcüstan iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.