Maraqlı

Dünyanın ən sürətli kamerası yaradıldı: saniyədə 70 trilyon foto çəkir

9 May 2020 21:50
0 Şərh     Baxış: 941
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən sürətli kamerası yaradılıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, saniyədə 70 trilyon foto çəkə bilən kamera Caltech tərəfindən ərsəyə gətirilib. Sözügedən cihazın sürətini daha aydın şəkildə təsvir etmək üçün vurğulayaq ki, aparat işıq dalğalarının belə videogörüntüsünü qeydə ala bilir.

Sözügedən texnologiya sıxışdırılmış ultra sürətli spektral fotoqraflıq adlanır. Kamera bir lazer şüasını hər biri sadəcə bir femtosaniyə sürətlə göndərir.

Müqayisə üçün qeyd edək ki, ən sürətli smartfon kamerası saniyədə 960 foto çəkə bilir. Professional fotoaparatlarda isə bu say cəmi bir neçə minə qədər artır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.