Maraqlı

“iOS 14” sistemi nə vaxt nümayiş olunacaq?

9 May 2020 07:21
0 Şərh     Baxış: 1 021
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apple" şirkəti proqram tərtibatçıları üçün illik konfransın keçirilmə tarixini açıqlayıb. Bu il iyunun 22-də ilk dəfə onlayn formatda keçiriləcək "WWDC" konfransında hamı pulsuz iştirak edəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Apple" şirkətinin ilin birinci yarısındakı aktivliyini nəzərə alaraq tədbirdə yeni qurğuların nümayiş edilməyəcəyini ehtimal etmək olar: "iPad Pro 2020" planşeti, ikinci nəsil "iPhone SE" smartfonu və yenilənmiş "MacBook Pro" noutbuku artıq buraxılıb, yaxın planlara "iPhone 12" modeli daxildir, lakin bu, payızın perspektividir. Odur ki, tədbir "iOS 14", "iPadOS 14", "macOS 10.16" və "watchOS 7" kimi yeni əməliyyat sistemlərinə həsr ediləcək.

Bununla belə, konfransda "Apple Watch Series 6" "ağıllı" saatının nümayişi istisna edilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.