Maraqlı

Səmada itən drona görə bütün avia uçuşlar təxirə salındı

7 May 2020 21:20
0 Şərh     Baxış: 1 205
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Latviyanın mülki aviasiya agentliyi may ayının 2-də səmada itən drona görə bütün avia uçuşların təxirə salındığını elan edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, itən pilotsuz uçuş aparatı UAVFactory şirkəti tərəfindən hazırlanıb.

Onun çəkisi 26 kiloqram, ölçüsü isə 3,5-dən 5,5 metrə qədərdir. Maksimal sürət həddi 70 km/s-dır. Cihazda olan yanacaq təxminən 90 saat uçuş üçün bəs edir.

Uçuş aparatının ölçülərini, eləcə də müxtəlif ərazilərdə uçma ehtimalını nəzərə alan Latviya hökuməti, onu təyyarələr üçün təhlükəli hesab edərək, hava uçuşlarını təxirə salıb.

Bu qərar 5 950 metr hündürlüyündə uçacaq bütün aparatlara şamil olunur.

İtmiş dronun axtarışı ilə bir neçə xüsusi qurum məşğuldur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.