Maraqlı

Saçlara daha az zərər verən, melanin saç boyası

5 May 2020 22:25
0 Şərh     Baxış: 2 113
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Alimlər, sintetik melanin ilə saçları daha təbii və sağlam bir formada boyamağın yolunu tapdı. Adətən saç boyası məhsullarında hidrogen peroksit, amonyak və kiçik boya molekulları kimi saça zərər verən məhsullar ola bilər. Bunlar saçın üst təbəqəsinə daxil olub, boyanın içəridə toplana bilməsinə imkan verir. Bu kimi saç boyaları zamanla saça zərər verə bilər, allergik problemlərə səbəb ola bilər. Adətən saçlarımıza təbii rəng verən melanin pigmentidir. Yaşlandıqca melanin azalaraq, saçların ağarmasına səbəb olur. Daha əvvəlində də, araşdırmaçılar sintetik melanin istifadə edərək saçları rəngləməyi sınasa da, saçı məhsuldar olaraq rəngləyə bilmədi. Bundan əlavə, saçı melaninlə rəngləmək üçün çox ağır metallar və oksidləyicilər istifadə etmək məcburiyyətində qaldıqlarından, işlər uğursuz oldu.

İllinoys ştatının Şimal-qərb (Northwestern) Universitetinin professoru Natan Gianneşi və araşdırmaçı Klaudia Battistella rəhbərliyi altında olan qrup, ağır metallar və oksidantlar əvəzinə, bir az istilik və kiçik miqdarlarda amonium hidroksit istifadə edən yeni bir üsul tapdılar. Araşdırmaçılar bu sayədə, tünd rəng tonlarında təbii görünüşlü boya yaratdılar. Bir az hidrogen peroksit əlavə etməklə qırmızı və sarı tonlar əldə edildi. Yeni saç boyama texnikasının, normal boyalara görə saça çox daha az zərər verdiyi ifadə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.