Maraqlı

Şahdağ Milli Parkında daha bir zubr balası dünyaya gəlib

2 May 2020 18:30
1 Şərh     Baxış: 1 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan daha birinin balası dünyaya gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova məlumat verib.

Onun sözlərinə görə, artıq zubr balalarının sayı ikiyə çatıb: "Bala sağlamdır və artıq yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub. Şahdağ Milli Parkı ilə İDEA İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Fransa və Belçika zooparklarından 12 baş zubr gətirilərək təbiətə buraxılmışdı. Sevindiricidir ki, artıq onların sayı 14-ə çatıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.