Maraqlı

iPadOS-da istifadə olunan Word və PowerPoint-ə yeni funksiya əlavə olunur

5 May 2020 22:15
0 Şərh     Baxış: 716
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni funksiya vasitəsilə eyni anda iki sənədi açmaq mümkün olacaq.

Microsoft şirkəti beta versiyada iOS daha dəqiq desək, iPadOS üçün Word və PowerPoint-də yeni funksiyanı sınaqdan keçirir.

Milli.Az ted.az-a istinadən bildirir ki, sözügedən proqramlarda artıq sənədlərə çox ekranlı rejimdə, yəni eyni anda iki sənədi açmaq mümkün olacaq.

Hələ ki, yeni funksiya yalnız Office Insiders proqramının istifadəçiləri üçün keçərlidir. Yeniliyin hər kəsə nə zaman əlçatan olacağı məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.