Maraqlı

“Maska və əlcək məcburi olacaq” - TƏBİB

2 May 2020 23:25
3 Şərh     Baxış: 6 262
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sabah koronavirus.info saytında ictimai davranış qaydaları yerləşdiriləcək".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, karantin rejiminin tətbiqi ilə əldə edilən nəticələr qətiyyən laqeydliyə səbəb olmamalıdır:
"Xüsusi karantin rejimi müddətində sərhədlər bağlı qalacaq. İndiyə qədər 11 minədək vətəndaşımız ölkəyə gətirilib. Xaricdən gətirilən hər bir şəxs 14 gün karantində qaldıqdan sonra test ediləcək, neqativ olanlar evə buraxılacaq. Penvənd tapılmayanadək virusun əhali arasında yenidən sürətlə yayılma riski var.

Qaydalar hər bir şəxsin gündəlik həyat tərzi olmalıdır. Virus təhlükəsi aradan qalxmayanadək ictimai yerlərdə qoruyucu vasitələrdən istifadə məcburi olacaq. İaşə yerlərində masalararası məsafə qorunmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.