Maraqlı

“UPS” şirkəti dərmanları dronlarla ucqar qəsəbələrə çatdıracaq

2 May 2020 07:21
0 Şərh     Baxış: 859
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"UPS" şirkəti dərmanları dronlarla ucqar qəsəbələrə çatdıracaq. Şirkətin məlumatına görə, Florida ştatında resept üzrə yazılmış dərmanlar dronlarla ünvana çatdırılacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, dərmanlar 20 km-dək məsafəyə 2,3 kq ağırlığında yük daşımaq qabiliyyətinə malik "Matternet M2" sürücüsüz idarə olunan təyyarələri ilə təyinat yerinə çatdırılacaq.

Qurğuların Floridadakı paylama mərkəzindən uçaraq başlanğıc nöqtədən 18 km məsafədə yerləşən bir neçə qəsəbəyə dərman çatdırması planlaşdırılır.

Pilotsuz təyyarələr bağlamanı təyinat nöqtəsindən 800 metr məsafədə yerə tullayacaq. Bundan sonra bu bağlamanı götürəcək şirkətin əməkdaşı dərmanları ünvanlara çatdıracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.