Maraqlı

Mikroorqanizmlərin Marsda yaşaya biləcəyi sübut olundu

30 Aprel 2020 20:40
3 Şərh     Baxış: 851
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mikroblar həm Mars, həm də Venera planetində yaşaya bilər.

Rusiyada elm adamları mikrobların digər planetlərdə, əsasən də Mars və Venera da yaşaya bildiklərini sübut ediblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, mikroorqanizmlərin digər planetlərdə yaşamasını sübut etmək üçün alimlər aşağı temperatur və təzyiq şəraitində quru torpağın mikromisetlərinə radiasiyanın təsirini təhlil ediblər.

Nəticədə məlum olub ki, radiasiyanın təsiri mikroorqanizmlərin ölümünə səbəb olmur.

Təcrübə çərçivəsində rus mütəxəssislər Arktikada toplanan mikroorqanizmlərin radiasiya təsiri altında yaşamaq qabiliyyətini, həmçinin Mars üçün xarakterik olan mənfi 50 dərəcə temperaturu araşdırıblar. Bu zaman məlum olub ki, Marsın simulyasiya edilmiş şəraitində bakteriyalara ciddi ziyan dəyməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.