Maraqlı

LG Display bu ilin birinci rübündə gəlirlərini açıqladı - HESABAT

28 Aprel 2020 23:20
0 Şərh     Baxış: 818
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Koreyanın LG Display şirkəti bu ilin birinci rübündə əldə etdiyi gəlir barədə hesabat yayımlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, sözügedən şirkət üç ay ərzində 3,84 milyard dollar gəlir əldə edib.

Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% azdır. LG Display-in zərəri 0,29 milyard dollar təşkil edib.

Şirkət gəlirinin 32%-i mobil qurğular üçün istehsaldan əldə edilib. 31%-i isə televizor istehsalından qazanılıb.

Planşet və kompüterlər şirkət gəlirinin 20%-ni, monitordan əldə edilən gəlir isə 17%-ni təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.