Maraqlı

Planşet üçün prosessor istehsalında lider şirkətin adı açıqlandı

28 Aprel 2020 22:20
0 Şərh     Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Apple şirkəti qlobal miqyasda planşet üçün prosessor istehsalının təxminən yarısına sahibdir. Sözügedən bazarda ötən il 19 milyard dollar dəyərində prosessor satışa çıxarılıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda Strategy Analytics şirkətinin hesabatında deyilir.

Bazarın lideri 44% paya sahib Apple şirkətidir. Ardınca bazarda 16% payı olan Qualcomm və Intel şirkətləri gəlir. İlk beşlikdə MediaTek və Samsung LSI kompaniyaları da yer alıb.

Məlumata əsasən, planşet üçün ən çox istifadə olunan Arm arxitekturası əsasında hazırlanmış x86 prosessorlardır. Onlar ümumi bazarın 11%-ni təşkil edir. Bu cihazların hazırlanmasında Intel şirkəti dominantdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.