Maraqlı

Opera brauzerinə daxili Instagram dəstəyi gəldi

25 Aprel 2020 20:15
0 Şərh     Baxış: 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Opera brauzeri digər brauzerlərdən bir çox müsbət tərəfləri ilə fərqlənir. Bunlardan ən başlıcası daha az kompüter resursu istifadə etməsi, daxili AdBlock, VPN funksiyasının olması və Sidebar adı verilən ekranın sol tərəfində çıxan kiçik paneldir. Bu paneldə istifadəçilər Facebook, Whatsapp, Telegram-a girmədən bu şəbəkələrdə olan hesablarını idarə edə bilirsiniz. İndi isə bunların arasına Instagram da qatıldı.

Opera brauzeri artıq daxili Instagram dəstəyinə malikdir!

Opera rəsmilərinin dediklərinə görə daxili Instagram inteqrasiyası ilə artıq istifadəçilər smartfon olmadan smartfondakı bütün Instagram funksiyalarını istifadə edə biləcəklər. Opera-nın rəsmilərindən olan Maciej Kocemba dediklərinə görə əsas məqsəd istifadəçilərin fikrini dağıtmadan kompüterə fokuslana bilmələri və çox daha mükəmməl sosial media təcrübəsini yaşatmaqdır.

Şirkət tərəfindən bu ilin əvvəllərində açıqlanan statistikaya görə dünyada ümumi 300 milyon insan aktiv şəkildə Opera brauzerini istifadə edir. Netmarketshare tərəfindən paylaşılan rəqəmlərə görə isə Opera brauzeri dünyada ən populyar 7.brauzerdir və bazar payı sadəcə 1.46%-dir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.