Maraqlı

Koronavirusla bağlı testlər həmişə etibarlı deyil - Almaniyalı professor

23 Aprel 2020 23:55
0 Şərh     Baxış: 1 200
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusla bağlı mövcud testlərin yalnız 70 faizi düzgün nəticə göstərir.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bunu Löven Katolik Universitetinin professoru Patrik Vankrunkelsven deyib. O bildirib ki, testlər təxminən 30 faiz hallarda yanlış nəticə verir:

"Testin nəticəsinin yanlış çıxmasının bir çox səbəbi var: burun nümunəsində qeyri-kafi miqdarda virus, daşınma şəraiti və testin özünün səhv olması. Yəni, test həmişə etibarlı deyil. Testin dəqiqliyi ilə bağlı tam arxayınlıq yoxdur. Testdən keçən bütün yoluxmuş insanların yalnız 70 faizində müsbət nəticə çıxıb və digər hallarda isə infeksiyanın olmaması ilə bağlı səhv nəticə verib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.