Maraqlı

Redmi Note 9 satışa çıxmağa hazırdır

21 Aprel 2020 23:15
0 Şərh     Baxış: 1 483
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mart ayının əvvəlində Redmi brendi Hindistanda Redmi Note 9 Pro və Note 9 Pro Max smartfon modellərini təqdim etmişdi. İndi isə şirkət adi Redmi Note 9-un satışa çıxmasına hazırlaşır. Belə ki, adi Redmi Note 9 smartfon modeli Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında M2003J15SC model nömrəsi ilə aşkar edilib. Bu barədə Mysmartprice saytı xəbər verib.

    Ortaya çıxmış fotolara əsasən demək olar ki, smartfon böyük ehtimal ilə plastik materialdan hazırlanmış gövdəyə, arxa paneldən barmaq izi skanı texnologiyasına və Note 9 Pro modellərinin xarici görünüşlərinə sahib olacaq. Məlumata əsasən adi Redmi Note 9 modeli Full HD+ keyfiyyətli 6.53 düym IPS ekran, MediaTek prosessoru, 3/4/6 GB RAM, 32/64/128 GB daxili yaddaş həcmi, 13 MP-lik ön kamera və 22.5 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya təchiz olunacaq. Smartfonun dəqiq təqdimat tarixi bilinməsə də o, yaxın zamanda təqdim olunmalıdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.