Maraqlı

Texnoloji nəhənglər koronavirus ilə mübarizə üçün birləşir

16 Aprel 2020 07:41
0 Şərh     Baxış: 715
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apple" və "Google" şirkətlərinin mühəndislərinin birgə səyləri nəticəsində koronavirus infeksiyasının yayılması ilə mübarizə üçün "Bluetooth" texnologiyasının tətbiqinə imkan verən desentralizasiya edilmiş alət hazırlanır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkətlər tərəfindən əməliyyat sistemləri səviyyəsində əlavələrin proqramlaşdırılması interfeysi (API) və texnologiyaların daxil olduğu kontaktları izləməyə kömək edəcək kompleks həllin buraxılışı nəzərdə tutulur.

Məlumata görə, həllin iki mərhələdə tətbiqi planlaşdırılır - mayda səhiyyə xidmətlərinin proqramlarından istifadə zamanı "Android" və "iOS" əməliyyat sistemli qurğular arasında uyğunluğu təmin edən əlavələrin proqramlaşdırılması interfeysi buraxılacaq, yaxın aylarda isə şirkətlərin əməliyyat sistemlərinə müvafiq funksionallıq quraşdırılmaqla "Bluetooth" əsasında kontaktların izlənilməsi üçün platforma təqdim ediləcək.

"Apple" nümayəndələrinin sözlərinə görə, bu, əlavələrin proqramlaşdırılması interfeysindən daha dayanıqlı həldir: o, istifadəçilərə kontaktların izlənilməsini işə salmağa və daha geniş əlavələr ekosistemi və səhiyyə xidmətləri ilə əlaqəni təmin etməyə imkan verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.