Evdə qal - evdə yarat. Gülnarə Xəlilova ilk dəfə olaraq kəlağayıdan rəngarəng maskalar hazırladı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli Geyim Mərkəzinin və AQSİA-nın (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası) Sosial iş komissiyasının rəhbəri Gülnarə Xəlilova Azərbaycan Mədəniyyət Nazirliyinin "Evdə qal - evdə yarat" (#EvdəQalEvdəYarat) təşəbbüsü çərçivəsində ilk dəfə olaraq kəlağayıdan rəngarəng maskalar hazırlayıb. Bu barədə Trend məlumat verir.
Dizayner deyib: "Mənim yeni işim həm sosial təmayüllüdür, həm də Azərbaycanın qədim milli qadın baş örtüyü olan kəlağayının təbliğinə istiqamətlənib. Məlum olduğu kimi 2014-cü ildə kəlağayı simvolizmi və ənənəvi sənəti, onun hazırlanma və daşınma mədəniyyəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Qeyd etmək istərdim ki, maska xüsusi emal edilmiş kəlağayıdan düzəldilib və virusun orqanizmə düşməsinin qarşısını almaq üçün müvafiq astara malikdir. Maskanı görünüşə uyğun şarm vermək üçün tibbi maskanın üstündən də geyinmək olar. Onu təkrar istifadə etmək mümkündür - istifadədən sonra isti suda yumaq olar, belə ki, bu, adi kəlağayı örpəyi ilə də edilir. Hamını evdə qalmağa və yaratmağa çağırıram".
Xatırladaq ki, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkətə məhdiyyətlər tətbiq edilib. Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiqi ilə bağlı qərar qəbul edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kamil Zeynallı qızının uğuruna kövrəldi - (Video)
-
Əməl Sayın mirasını kimə qoyacaq?
-
Serenay Sarıkayanı "Şabaniye"yə bənzətdilər - (Video)
-
Zeynəb Xanlarova uzun fasilədən sonra – Canlı ifası diqqət çəkdi - (Video)
-
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə uduzdu
-
Kartofun cücərməsinin qarşısını alan saxlama üsulu: Həftələrlə təzə qalır
XƏBƏR LENTİ
-
Gürcüstan Brüsseldə keçiriləcək Aİ sammitindən imtina etdi
-
Nazirlikdən yaşa görə muavinətlərlə bağlı yeni xəbər
-
İki gündə 58 cinayət açıldı, 67 axtarışda olan şəxs tutuldu
-
Kamil Zeynallı qızının uğuruna kövrəldi - (Video)
-
Bakıda külək, rayonlarda qar, leysan... - Hava ilə bağlı son məlumat
-
Avropa Rusiyadan imtina edir, amma qaz böhranı dərinləşir - İndi kimdən asılıdır?
-
Paytaxtda küləyin fəsadları aradan qaldırılır - (Foto)
-
Əməl Sayın mirasını kimə qoyacaq?
-
Məktəblərdə payız tətili başladı
-
Muxtar Məmmədov vəfat etdi
-
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək
-
Bakıda avtobus piyadanı vuraraq öldürdü
-
Bakıda güclü külək faciəyə səbəb oldu - Qadın hasarın altında qalaraq öldü
-
Serenay Sarıkayanı "Şabaniye"yə bənzətdilər - (Video)
-
2026-cı ilin qışı ilə bağlı şok proqnoz: Tarixdə cəmi 3 dəfə belə olub
-
Paytaxtın 7 küçəsində tıxac var
-
Zeynəb Xanlarova uzun fasilədən sonra – Canlı ifası diqqət çəkdi - (Video)
-
Dövlət sərhədini pozmağa cəhd edən uçuş aparatı zərərsizləşdirildi
-
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə uduzdu
-
Kartofun cücərməsinin qarşısını alan saxlama üsulu: Həftələrlə təzə qalır
-
Ən inqilabçı bürclər
-
Bəxtiniz bağlanıbsa tez yatağın altına baxın
-
Ozan Güven “Aşk-ı Memnu”nun “Behlül”ü ola bilərmiş
-
Zəncirbənddəki kiçik metal parça nə işə yarayır? Çoxu səhv istifadə edir





