Maraqlı

“HONOR Play 4T Pro”: OLED displey, 48 mp-lik kamera və tutumlu akkumulyator

14 Aprel 2020 23:55
0 Şərh     Baxış: 1 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində yeni sadə "HONOR Play 4T" və onun qabaqcıl versiyasının rəsmi təqdimatı keçirilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, modellər yalnız texniki cəhətdən deyil, həm də görünüşcə fərqlidir. Sadə "HONOR Play 4T" smartfonu 6,4 düymlük LCD displeylə (1560x720 piksel) təchiz edilib. Arxa panelə barmaq izləri skaneri quraşdırılıb. "Play 4T Pro" cihazı 6,3 düymlük OLED displey (2400x1080 piksel) və daxili barmaq izləri skanerinə malikdir.

"HONOR Play 4T" aparatı "Kirin 710A" prosessoru, "Play 4T Pro" isə daha sürətli "Kirin 810" prosessoru ilə təchiz edilib. Hər iki modelə 4000 milliamper/saat tutumlu akkumulyator quraşdırılıb, amma sadə model 10 vattlıq, "Pro" model isə 22,5 vattlıq sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir.

"HONOR Play 4T" modeli ikiqat əsas kamera (48 mp-lik əsas sensor (f/1.8 işıq gücünə malik obyektiv) və 2 mp-lik dərinlik datçiki) ilə təchiz edilib. "Play 4T Pro" aparatı əlavə olaraq 8 mp-lik modula malikdir. Smartfonlara quraşdırılmış ön kameraların təsvir ölçüləri müxtəlifdir: "Play 4T Pro"da 16 mp, "Play 4T"da isə 8 mp.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.