Maraqlı

Biomühəndislər təhlükəsiz neyron implantları çap etməyi öyrəniblər

9 Aprel 2020 08:25
0 Şərh     Baxış: 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beyin insanın ən həssas orqanlarından biridir. Epilepsiya, parkinson və ağır depressiya kimi bir sıra xəstəliklərin müalicəsində zamanla beyin toxumasına mənfi təsir göstərən metal implantlardan istifadə olunur. Massaçusets Texnologiya İnstitutunun biomühəndisləri insan beyninə transplantasiya vaxtı tamamilə təhlükəsiz olan neyron sensorlar və elastik implantların 3D çap texnologiyasını hazırlayıblar.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, qurğular polimer və ya yüksək elektrik keçiricilik xüsusiyyətlərinə malik olan yumşaq plastikdən hazırlanıb. Bu materialın diş pastasına bənzər bir qatı maddəyə çevrilməsindən sonra mühəndislər 3D printerin köməyi ilə elektrik keçirici təsvirlərdən ibarət olan elastik səth çap ediblər. Sınaqlar zamanı siçanın beyninə rezin elektrod yerləşdirmək mümkün olub. Heyvan sərbəst hərəkət edib, qurğu isə bir neyronun fəallığını qeydə almağa nail olub. Tədqiqatçıların sözlərinə görə, beynin fəallığının monitorinqi müxtəlif nevroloji xəstəliklər üçün müalicə metodlarının seçimində kömək edəcək.

"Biz insanların müxtəlif qurğular yaratmaq üçün bu texnologiyadan tez bir zamanda istifadə edə biləcəyinə ümid edirik" - tədqiqatçılar deyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.