Maraqlı

Adel məhkəmədə 180 milyon dollarlıq sərvəti gizli bölüşdürəcək

7 Aprel 2020 14:09
0 Şərh     Baxış: 1 018
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünyanın ən çox qazanan müğənnilərindən olan Adel həyat yoldaşı Simon Konecki ilə 180 milyon dollarlıq sərvəti bölüşəcəkləri boşanma məhkəməsini gizli saxlayacaq.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, dünyaca məşhur müğənni Adel səkkiz il evli olduğu həyat yoldaşı Simondan boşanma qərarı alıb. Altı yaşında Angelo adlı oğlanları olan cütlük övladları olduğu üçün dostca ayrılacaqlarını bildiriblər. 31 yaşlı müğənni boşanma anlaşmasının gizli qalması üçün məhkəməyə müraciət edib.

Los-Ancelesdə baş tutan məhkəmənin hakimi onun tələbini qəbul edib. Müğənninin sözçüsü mediaya açıqlama verərək ''Hollivud cütlüklərinin boşanmaları illərcə uzanıb, dava-dalaşla nəticələnə bilir. Adel və Simon oğlanlarının xətrinə belə bir şey olmasını istəmirlər. Ona görə də mal və mülk paylaşımı gizli saxlanılacaq" sözlərini deyib.

Qeyd edək ki, Adel keçmiş həyat yoldaşı Simon ilə 2011-ci ildə tanış olub və 2012-ci ildə oğlanları Angelo dünyaya gəlib. Müğənni 2017-ci ildə Simon ilə evləndiyini açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.