Maraqlı

Redmi Band fitnes qolbağının ilk rəsmi fotosu təqdim olundu

7 Aprel 2020 08:25
0 Şərh     Baxış: 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xiaomi şirkəti öz 10 illiyi şərəfinə böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni məhsullarını təqdim edəcək. Təqdim olunacaq məhsullar arasında həmçinin Redmi brendinin ilk fitnes qolbaq modeli Redmi Band də olacaq. Təqdimat tədbirini gözləməyərək şirkət Redmi Band-in ilk rəsmi fotosunu təqdim edib. Bu barədə 4pda saytı xəbər verib.

    Beləliklə təqdim edilmiş fotodan da görmək olar ki, güman olunan adı Redmi Band olacaq cihaz qolbaq dizaynında hazırlanıb. Qolbaq rəngli ekran ilə təchiz olunacaq. Ekranın aşağı hissəsində ağ rəngli zolaq var. Çox güman ki, həmin zolaq ana səhifəyə geri dönüş özəlliyini reallaşdıracaq. Hələ ki, məlum olmayan yeganə özəllik ondan ibarətdir ki. Xiaomi Mi Band-də olduğu kimi Redmi Band-in kəmərlərini dəyişmək mümkün olacaq yoxsa yox.

    Bundan əlavə olaraq qolbağın texniki özəllikləri barəsində də məlumat verilməyib. Sadəcə olaraq güman etmək etmək olar ki, Redmi Band vastəsilə istifadəçi öz fiziki aktivliyini və smartfona gələn bildirişləri izləyə biləcək. Məlumata əsasən şirkət Redmi Band ilə birlikdə Mi Band 5-i də təqdim edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.