Gülnarə Xəlilova unikal maskalar hazırlayıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanınmış dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin və AQSİA-nın (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası) Sosial iş komissiyasının rəhbəri, "Tərəqqi" dövlət mükafatının sahibi Gülnarə Xəlilova xüsusi pambıq parçadan uzunmüddətli istifadə yararlı unikal maskalar hazırlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, maskalar #evdəqal kampaniyası çərçivəsində və "Evdə qal və yarat" şüarı ilə hazırlanıb.
G.Xəlilova bildirib: "Hər bir yaradıcı insan koronavirusla mübarəzəyə öz töhfəsini verə bilər. Mən uzunmüddətli istifadə üçün xüsusi pambıq parçadan maskalar düzəltmək qərarına gəldim. Bu maskaları istifadədən, müvafiq yuyulmadan və dezinfeksiyadan sonra dəfələrlə istifadə etmək mümkündür, onlar öz keyfiyyətlərini və qoruyucu funksiyasını itirmirlər. Təqribən min ədəd maskanın hazırlanması planlaşdırılıb. Bu gün Xalq artisti Tünzalə Ağayeva ilə birlikdə "Sevməli" sosial aksiyası çərçivəsində maskaların bir qismini ehtiyacı olan insanlara payladıq".
Dizayner, həmçinin ölkədə koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısını almaq üçün hamını evdə qalmağa, hökumət və ÜST-ün tövsiyələrinə əməl etməyə çağırdı.
Xatırladaq ki, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkətə məhdiyyətlər tətbiq edilib. Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiqi ilə bağlı qərar qəbul edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kamil Zeynallı qızının uğuruna kövrəldi - (Video)
-
Əməl Sayın mirasını kimə qoyacaq?
-
Serenay Sarıkayanı "Şabaniye"yə bənzətdilər - (Video)
-
Zeynəb Xanlarova uzun fasilədən sonra – Canlı ifası diqqət çəkdi - (Video)
-
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə uduzdu
-
Kartofun cücərməsinin qarşısını alan saxlama üsulu: Həftələrlə təzə qalır
XƏBƏR LENTİ
-
Gürcüstan Brüsseldə keçiriləcək Aİ sammitindən imtina etdi
-
Nazirlikdən yaşa görə muavinətlərlə bağlı yeni xəbər
-
İki gündə 58 cinayət açıldı, 67 axtarışda olan şəxs tutuldu
-
Kamil Zeynallı qızının uğuruna kövrəldi - (Video)
-
Bakıda külək, rayonlarda qar, leysan... - Hava ilə bağlı son məlumat
-
Avropa Rusiyadan imtina edir, amma qaz böhranı dərinləşir - İndi kimdən asılıdır?
-
Paytaxtda küləyin fəsadları aradan qaldırılır - (Foto)
-
Əməl Sayın mirasını kimə qoyacaq?
-
Məktəblərdə payız tətili başladı
-
Muxtar Məmmədov vəfat etdi
-
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək
-
Bakıda avtobus piyadanı vuraraq öldürdü
-
Bakıda güclü külək faciəyə səbəb oldu - Qadın hasarın altında qalaraq öldü
-
Serenay Sarıkayanı "Şabaniye"yə bənzətdilər - (Video)
-
2026-cı ilin qışı ilə bağlı şok proqnoz: Tarixdə cəmi 3 dəfə belə olub
-
Paytaxtın 7 küçəsində tıxac var
-
Zeynəb Xanlarova uzun fasilədən sonra – Canlı ifası diqqət çəkdi - (Video)
-
Dövlət sərhədini pozmağa cəhd edən uçuş aparatı zərərsizləşdirildi
-
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə uduzdu
-
Kartofun cücərməsinin qarşısını alan saxlama üsulu: Həftələrlə təzə qalır
-
Ən inqilabçı bürclər
-
Bəxtiniz bağlanıbsa tez yatağın altına baxın
-
Ozan Güven “Aşk-ı Memnu”nun “Behlül”ü ola bilərmiş
-
Zəncirbənddəki kiçik metal parça nə işə yarayır? Çoxu səhv istifadə edir





