Maraqlı

Koronavirusdan ölənlərin dəfni barədə qayda varmı?

4 Aprel 2020 19:20
0 Şərh     Baxış: 1 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusdan ölən şəxslərin dəfninin necə həyata keçirilməsi ilə bağlı çoxlu sayda suallar, məlumatlar açıqlanır. Sosial şəbəkələrdə bununla bağlı bir sıra ölkələrdə xüsusi qaydaların olması haqda ziddiyyətli məlumatlar verilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bununla bağlı sosial şəbəkədə məlumat paylaşıb. Məlumata əsasən, koronavirusdan ölənlərin dəfni ilə əlaqədar xüsusi tədbirlərə ehtiyac yoxdur.

TƏBİB-in Cənub ərazi bölməsi üzrə koordinatoru, infeksion xəstəliklər üzrə mütəxəssis Fərrux Sədirov deyib ki, koronavirusdan həyatını itirən şəxslərin dəfni ilə əlaqədar xüsusi tədbirlərə ehtiyac olmadığı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində də yer alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.