Maraqlı

Koronavirusun müalicəsini asanlaşdıran üsul tapılıb

4 Aprel 2020 22:45
1 Şərh     Baxış: 2 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusun müalicəsini asanlaşdırmaq üçün yeni üsul tapılıb.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bu üsul Honkonq Universitetinin alimlərinin apardıqları araşdırma nəticəsində aşkarlanıb. Onlar hesab edir ki, koronavirus xəstələrindən götürülən qanın köçürülməsi virusa yeni yoluxan xəstələrin müalicəsinə kömək edə bilər. Suriya qızıl siçovullarında olan ACE2 zülalının insan zülalına  bənzər olduğunu nəzərə alan mütəxəssislər onlar üzərində eksperiment aparıblar. Alimlərin sözlərinə görə, koronavirus bədənə məhz bu zülal vasitəsilə nüfuz edir. Tədqiqatçılar,  gəmiriciləri SARS-COV-2 ilə yoluxdurblar və sonra orqanizmlərində bu virusa antitel yaradan siçovulları seçiblər.

Onların qanından hazırlanmış zərdabı digər siçovullara vurulub, sonra bu heyvanları da koronavirusa yoluxdurublar. Məlum olub ki, bu zərdabdan istifadə etdikdən sonra orqanizmə virus yükü on dəfə aşağı olub. Alimlərin fikrincə, bu üsul insanların da sağalması prosesini xeyli asanlaşdıracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.