Maraqlı

Xiaomi Mi Band 5 fitnes qolbağı artıq bu həftə təqdim oluna bilər

4 Aprel 2020 08:15
0 Şərh     Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xiaomi şirkətinin Mi Band 5 fitnes qolbağı üzərində çalışması xəbəri hələ keçən ilin sonunda ortaya çıxmışdı. Ortaya çıxmış yeni məlumata əsasən isə qolbağın təqdimatı artıq çox yaxındır. Bu barədə Gizmochina saytı xəbər verib. Xiaomi şirkətinin tərkibinə daxil olan Mijia brendinin təqdim etmiş olduğu poster Mi Band 5-in yaxın zamanda təqdim olunacağına işarə edir.

    Təqdim edilmiş posterdə qeyd edilib ki, IDC adlı beynəlxalq şirkətin məlumatlarına əsasən Xiaomi şirkəti 2014-2019 illər üzrə 100 milyondan çox daşınıla bilən cihaz satıb. Sözügedən brend həmçinin 3 aprel tarixində baş tutacaq Mi Fan Festival tədbirinin canlı yayımına pərəstişkarları dəvət edib. Qeyd etmək lazımdır ki, həmin tədbir çərçivəsində Xiaomi şirkəti 22 ədəd yeni məhsul təqdim edəcək. İnsayderlərin proqnozlarına əsasən isə həmin məhsullar arasında həm də Mi Band 5 fitnes qolbağı olacaq. Buna həmçinin tədbirin reklam posteri də işarə edir. Belə ki, həmin posterdə bir neçə ədəd smart qolbaq və saat əks olunublar

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.