Maraqlı

Ucuz “iPhone” smartfonunun çıxarılma tarixi məlum olub

4 Aprel 2020 08:11
0 Şərh     Baxış: 1 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple"ın məhsulları üzrə bloqer Con Posser "iPhone SE2" smartfonunun çıxarılma tarixini açıqlayıb. O, "Twitter"də yazıb ki, sözügedən smartfon 2020-ci ilin aprelində təqdim ediləcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Apple"ın top-menecerləri tərəfindən martın 30-da keçirilmiş qapalı görüşdə ucuz "iPhone" cihazının çıxarılma tarixi müzakirə edilib. Posserin sözlərinə görə, şirkət aprelin 15-də yeni smartfonun təqdimatını, aprelin 22-də isə cihazın mağazalara tədarükünə başlamağı planlaşdırır. Aprelin sonunadək aparatlar satışa çıxarılacaq.

Bloqer dəqiqləşdirib ki, yuxarıda göstərilən tarix koronavirus pandemiyası ilə əlaqədar dəyişdirilə bilər. Həmçinin Con Posser deyib ki, "Apple" şirkəti müştərilərin sifarişlərinin onlayn işlənməsi üçün öz əməkdaşlarını "iMac" ilə təmin edəcək.

"Apple"ın yeni ucuz smartfonu "iPhone SE" və şirkətin istehsal xəttindəki başqa köhnəlmiş cihazlara alternativ kimi nəzərdə tutulub. "iPhone 8"i xatırladacaq qurğu 4,7 düymlük IPS ekran, "A13" çipi, 3 QB əməli yaddaş və bir kamera ilə təchiz ediləcək. Cihazın qiyməti 400 dollar təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.