Maraqlı

Günəş fırtınalarının öyrənilməsi üçün yeni missiya buraxılacaq

4 Aprel 2020 07:51
0 Şərh     Baxış: 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Kosmik Agentliyi (NASA) Günəşdə fırtınaların əmələ gəlməsini tədqiq etməyə imkan verən "Sun Radio Interferometer Space Experiment" (SunRISE - "Radiointerferometr vasitəsilə Günəşin tədqiqi üzrə kosmik eksperiment") adlı yeni tədqiqat missiyası buraxmaq niyyətindədir. Bu barədə "NASA" saytında deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, missiyanın fəaliyyəti dövründə əldə edilən informasiya Günəş sisteminin quruluşunu daha yaxşı anlamaqla yanaşı, Aya və Marsa göndəriləcək astronavtları qorumağa kömək edəcək.

Məlumata görə, "SunRISE" missiyasına bir teleskop kimi işləyəcək altı mikropeyk daxil olacaq. Buraxılışı 1 iyul 2023-cü ilə nəzərdə tutulan missiya üçün "NASA" tərəfindən 62,6 milyon dollar ayrılıb.

"SunRISE" peyklərinin köməyi ilə alimlər Günəş sahələrinin günəş fırtınalarının əmələ gəlməsinə səbəb olan kosmik mühit mənbələrinin üçölçülü xəritələrini yaratmağı planlaşdırırlar. Bundan başqa, missiya Günəşdən uzaqlaşma zamanı hissəciklərə sürətlənmək üçün nəyin kömək etdiyini izləyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.