Maraqlı

Redmi K30 Pro-nun birinci partiyası rekord müddətə satıldı

31 Mart 2020 07:11
0 Şərh     Baxış: 1 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün bundan öncə Redmi brendi Snapdragon 865 prosessoruna sahib Redmi K30 Pro flaqman smartfon modelini təqdim etmişdi. Alıcılar bu smartfonu o dərəcədə bəyəniblər ki, Redmi brendi smartfonun ilk partiyasını 30 saniyə ərzində sata bilib. Redmi K30 Pro-nun ilk partiyasına daxil olmuş cihazların ümumi qiyməti isə 14 milyon dollar təşkil edib.

Bu cür yüksək satış göstəricisi barəsində məlumatı Redmi brendinin rəhbəri Lu Weibing verib. Alıcılar tərəfindən olan yüksək sayda sifarişlər səbəbilə Xiaomi şirkəti logistikanı sürətləndirib ki, alıcılar öz smartfonlarını tez bir zamanda əldə etsinlər. Qeyd etmək lazımdır ki, Redmi K30 Pro-nun 6 GB RAM və 128 GB daxili yaddaşa sahib modeli 422$-a, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib modeli isə 535$-a satılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.