Maraqlı

Rusiyada koronavirusa qarşı vaksinin 7 prototipi hazırlandı

28 Mart 2020 23:01
0 Şərh     Baxış: 2 154
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Federal Tibbi-Bioloji Agentliyi (FTBA) koronavirusa qarşı vaksinin yeddi prototipini hazırlayıb.

Bu barədə FTBA-nın rəhbəri Veronika Skvortsova məlumat verib.

Onun sözlərinə görə, hazırda əsas məqsəd yeddidən ən təsirli peyvənd prototipini seçməkdir: "Bu iş əvvəlcə kompüter simulyasiya rejimində aparılır. Bazar ertəsindən bütün işlər ikinci dərəcəli infeksiyanın biopatogenləri ilə işləmək üçün sertifikat almış Müdafiə Nazirliyinin Mikrobiologiya Mərkəzi tərəfindən aparılacaq".

Skvortsova peyvəndin 11 aydan tez hazır olmayacağını vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.