Maraqlı

Android istifadəçilərinə kənardan tətbiq yükləmək qadağan edildi

24 Mart 2020 22:40
0 Şərh     Baxış: 1 379
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Artıq Android istifadəçiləri kənardan tətbiq yükləyə bilməyəcəklər.

Milli.Az ted.az-a istinadən bildirir ki, Google Android cihazlarını daha güvənli hala gətirmək üçün Play Store-dan başqa digər yerlərdən tətbiq yükləməyi qadağan edib. Çoxları bunu Google-ın Play Store-nı təmizləməyə davam etməsi ilə əlaqələndiriblər. Çünki zərərli, pis məqsədlərə xidmət edən tətbiqlər son zamanlar istifadəçiləri çox narahat edir.

Şirkət rəsmiləri bildiriblər ki, Play Store-da 25 min zərərli tətbiq var və Google onları qara siyahıya salıb. Amma Android istifadəçiləri üçün əsl təhlükə başqa onlayn mağazalardan yüklənən tətbiqlərdir. Play Store qədər güvənli olmayan onlarla belə mağaza mövcuddur. Rəsmi məlumatlara görə, onlar arasında ən aktivləri Google Play Store, Apple App Store və Çinin yaratdığı 9 Game-dır. 9 Game 61 mindən çox zərərli tətbiqə ev sahibliyi edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.