Maraqlı

Əfsanə geri döndü

24 Mart 2020 21:15
0 Şərh     Baxış: 2 319
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nokia 5310 yenilənən versiyada təqdim edilib.

TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 29 avqust 2007-ci ildə təqdim edilən Nokia 5310 hələ də təbəssümlə xatırlanır. 13 il sonra yenilənən telefon dizayn baxımından daha modern görünsə də nostalji auranı qoruyur.

Koronavirus pandemiyasından dolayı onlayn təqdimat təşkil edən HMD Global yeni telefonu Nokia 8.3 5G ilə qarşımıza çıxıb.

Orijinal model kimi bu cihaz da 3.5 mm qulaqlıq girişi və FM Radio ilə təchiz olunub. Ağ və qara rəng seçimləri olan telefonun yaddaşı cəmi 16 MB olsa da, 32 GB-a qədər yaddaş kartını dəstəkləyir. Bunun sayəsində 8000-ə yaxın mahnı yüklmək imkanınız var.

2.4 düym böyüklüyündə QVGA ekrana və düyməli T9 klaviatura sahib telefon MediaTek MT6260A prosessorundan güc alır.

8MB operativ yaddaşa, 1200 mAs gücə malik batareyaya malik cihaz cəmi 42 dollaradır.

Qeyd edək ki, telefonun Azərbaycan bazarına çıxarılıb-çıxarılmayacağı məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.