Maraqlı

İnstaqram koronavirusa görə etiketlər əlavə etdi

24 Mart 2020 08:05
0 Şərh     Baxış: 657
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus həyəcanlarından sonra İnstaqram ən aktiv  sosial şəbəkələrdən birinə çevrilib. Məşhurların canlı yayım açaraq insanları evdə qalmağa səsləmələri ilə İnstaqram canlı konsertlərin məkanına çevrilib. Sosial şəbəkənin virusla bağlı tətbiq etdiyi yeniliklərdən biri də xüsusi etiketlərin artırılması olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, İnstaqramda hekayələr hissəsinin etiketlər bölümündə #StayHome etiketi əlavə olunub. Hazırda yalnız bəzi bölgələr üçün istifadəyə verilən etiketin yaxın günlərdə əhatə dairəsini genişləndirəcəyi bildirilib. Şirkət rəsmiləri bu addımı daha faydalı olmaq, insanlara psixoloji təsir göstərməklə sosial dəstək vermək istədikləri üçün atdıqlarını bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.