Maraqlı

Google Map bu funksiyanı daha əlçatan etdi

19 Mart 2020 23:40
0 Şərh     Baxış: 1 564
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Keçən ay on beş yaşını qeyd edən Google Map mobil tətbiqi yenilənərək bir neçə funksiya əlavə edilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Google Map-də "Live view" adlı canlı gəzinti funksiyası  daha əlçatan olacaq. Xəritədə bir yer seçdikdən sonra yaranan "canlı görüntü" düyməsi vasitəsilə məkanı canlı izləmək mümkün olacaq. Şirkət rəsmiləri yeniliyi tətbiqin bu funksiyasının daha əlçatan olması üçün etdiklərini bildiriblər. Çünki hazırda Google Map-də bu funksiyadan yararlanmaq üçün öncə yol tariflərini başlatmaq, daha sonra kamera əsaslı istifadəçi interfeysini açmaq üçün canlı görüntü bölməsini seçmək lazımdır. Bu funksiyadan xəbərsiz olanlar isə onu gözdən qaçırırlar. Yeniliklərdən sonra canlı görüntü funksiyası  Google Map-də məkan axtararkən anındaca görünəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.