Maraqlı

“WhatsApp”da tezliklə avtomatik silinən mesajlar funksiyası əlçatan olacaq

19 Mart 2020 07:11
0 Şərh     Baxış: 1 945
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"WhatsApp" messencerinin "Android" əməliyyat sistemi üçün beta versiyasında istənilən istifadəçi avtomatik silinən mesajlar funksiyasını sınaqdan keçirə bilər. Sözügedən funksiya çatlarda mesajların müəyyən vaxtdan sonra (saat, gün, həftə, ay və ya il) avtomatik silinməsinə imkan verir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, bu funksiya ilk növbədə təhlükəsizlik baxımından əlverişlidir: göndərilmiş mesajların kənar şəxslər tərəfindən oxunmasından narahat olmağa ehtiyac yoxdur.

Mesajların avtomatik silinməsi funksiyası şəxsi çat və qrup yazışmalarında işləyəcək. Funksiya bütün çatlar üçün ayrıca tənzimlənir.

"WhatsApp" messencerində avtomatik silinən mesajlar funksiyası proqramın son versiyasında əlçatan olmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.