Maraqlı

Günəş sistemində yüzdən çox yeni planet tapılıb

21 Mart 2020 13:50
0 Şərh     Baxış: 948
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pensilvaniya Universitetinin astronomları elmi təşkilatlardan olan alimlərlə əməkdaşlıq çərçivəsində 100-dən çox yeni cırtdan planet aşkar ediblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, onların orbitləri Yer kürəsindən Günəşə qədər olan məsafədən 30 dəfə uzaqda yerləşir.

5 il ərzində aparılan genişmiqyaslı tədqiqatlar nəticəsində mütəxəssislər ən yeni və qalaktik toplanmaları araşdırıb, həmçinin Yer kürəsinin cənub yarımkürəsinin səmasında yaranan infraqırmızı şüalanmanın mənbələri haqqında məlumatlar toplayıblar. 139 yeni planet kiçikölçülü olduğuna görə onları aşkar etmək asan olmayıb.

Tədqiqatçılar ümid edirlər ki, yeni kəşf olunmuş "cırtdanlar"ın orbitlərinin tədqiqi "doqquzuncu planet"in axtarışlarında kömək edəcək. Onun mümkün mövcudluğu haqqında astrofiziklər təxminən beş il əvvəl məlumat veriblər.

Alimlərin fərziyyələrinə görə, Günəşdən 41 milyard kilometr məsafədə hipotetik obyekt yerləşib. O, təxminən 15 min il ərzində ulduzun ətrafında tam dövr edir.

Tədqiqatın nəticələri "Astrophysical Journal Supplement Series" nəşrində dərc olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.