Maraqlı

Koronavirusu ev heyvanlarına yoluxmayacaq?

17 Mart 2020 08:35
0 Şərh     Baxış: 1 096
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində bir itin koronavirusu analizində zəif bir müsbət nəticəni əldə edilməsi, ev heyvanlarına və onlardan da sahiblərinə koronavirusu yoluxa biləcəyi qorxusu yaratmışdı. Mütəxəssislər, itə tətbiq olunan analizdə bir səhv ola biləcəyini, ev heyvanlarına virusun yoluxa bilməyəcəyini açıqladılar.

İllinoys Universitetinin Urbana-Şampeyn Baytarlıq Fakültəsinin rəhbəri Dr. Uill Sander, pişik və itlərin çoxunun böyük ehtimalla risk altında olmadığını, heyvanların insanlara yoluxacaq formada virus daşıma ehtimallarının çox aşağı olduğunu açıqladı.

Dr. Uill Sander verdiyi şərhdə belə dedi: "Bu anda insanlar ev heyvanlarına təsir edə biləcək koronavirusu mövzusunda narahatlıq yaşayırlar. Virus insanlar arasında yayılmaq üçün adaptasiya olmuşdur. Bu səbəblə it və ya pişiklərə yoluxması o qədər də mümkün görünmür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.