Maraqlı

Koronavirus smartfonun ekranında bir həftə yaşaya bilər

17 Mart 2020 22:10
0 Şərh     Baxış: 1 407
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusun lazımınca dezinfeksiya olunmamış smartfonun ekranında bir həftə yaşaya biləcəyi açıqlanıb.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Southampton Universitetinin professoru Uilyam Kivill yalnız əlləri yumaqla virusun yayılmasının dayandırılmayacağını qeyd edib: "Əllərinizi yuyandan sonra telefonun ekranına, sonra da üzünüzə toxunursunuzsa, yoluxmaq ehtimalınız xeyli artmış olur".

Həmçinin Vaterloo Universitetinin professoru Piter Holl da smartfonu mikroorganizmlər yetişdirildiyi Petri nimçələrilə müqayisə edərək istifadəçiləri gündə iki dəfə telefon ekranını təmizləməyə çağırıb.

Səhiyyə ekspertlərinə görə, virusdan qorunmaq üçün spirtli salfetlər daha səmərəlidir.

"Discout"a görə, insan gündə orta hesabla 2 660 dəfə telefonunu götürür. Belə ki, öskürək, asqırmaq, hətta adi tənəffüs nəticəsində islanmış ixtiyari əşya potensial olaraq təhlükə mənbəyinə çevrilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.