Maraqlı

İsrail koronavirusa qarşı peyvənd hazırladı

12 Mart 2020 21:05
5 Şərh     Baxış: 2 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailli alimlər koronavirusa qarşı peyvənd hazırlayıblar.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə İsrailin Haaretz qəzetində məlumat yayılıb. Xəbərə əsasən, İsrailin Bioloji Tədqiqatlar İnstitutunun tədqiqatçıları koronovirusa qarşı peyvənd hazırlamaq üçün çalışırlar və bu yaxınlarda bu barədə geniş açıqlama verəcəklər. Səhiyyə Nazirliyinin rəsmilərinin açıqlamasında xəbərdə mütəxəssislərin virusun bioloji mexanizmini anlamaqda "əhəmiyyətli bir irəliləyiş" etdiklərini və bir neçə gün ərzində virusa qarşı peyvəndin adını açıqlayacaqlarını iddia ediblər.

Qeyd edək ki, hal-hazırda İsraildə koronavirusa yoluxanların sayının 97 nəfərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.