Maraqlı

Sanksiyalara görə satış zəifləyə bilər

12 Mart 2020 22:45
0 Şərh     Baxış: 1 363
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məlum olduğu kimi, Amerika şirkətləri tərəfindən Huawei-yə qarşı  sanksiyalar hələ ötən ildən başlayıb. Buna baxmayaraq, Huawei bu günədək reytinq cədvəllərindən ön sıralarda yer alır və məhsul satışında heç bir zəiflik olmadığını bildirir. Lakin bu həftə ilk dəfə olaraq, şirkət nümayəndələri sanksiyaların çoxlaması ilə əlaqədar satışlarının zəifləyəcəyini bildirdilər.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət açıqlamasında məhsul satışlarının 20% azalacağını ehtimal edir.

Huawei nümayəndələri bu il yalnız 190-200 milyon arası texniki avadanlıqların satılacağını bildiriblər: "Bu rəqəm şirkətin reytinq cədvəlindəki yerinə də təsir göstərəcək".

Qeyd edək ki, Çinin texnologiya nəhəngi olan Huawei uzun müddətdir ki, ABŞ hakimiyyətinin sanksiyaları ilə mübarizə aparır. Mübarizə müddətində Huawei  şirkət öz şəxsi Harmony OS əməliyyat sistemini və  AppGallery tətbiq mağazasını da istifadəyə verib. AppGallery proqramından Feysbuk, WhatsApp, İnstaqram,Tvitter və s. kimi tətbiqləri yükləmək mümkün olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.