Maraqlı

Obama və xanımı film çəkəcək

10 Mart 2020 09:03
0 Şərh     Baxış: 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerika Birləşmiş Ştatlarının (ABŞ) sabiq prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama yeni layihə ilə gündəmə gəldilər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, məşhur cütlük bu dəfə film sahəsinə addım atır. Obama və xanımı bu işi Russo qardaşları ilə birlikdə reallaşdıracaq.

Onların Mohsin Hamidin yazdığı "Exit West" (Qərbdən çıx) kitabı əsasında çəkiləcək eyniadlı filmin prodüserliyini üstlənməyə hazırlaşdığı bildirilir. Yann Demanqenin rejissorluğunu edəcəyi ekran əsərinin baş rolunda Riz Ahmed oynayacaq.

Filmin ssenarisinin hazırlanması üçün daha bir tanınmış şəxsin layihəyə daxil edilməsi gözlənilir.

Mənbədə qeyd olunur ki, Pakistan əsilli M.Hamidin müəllifi olduğu "Qərbdən çıx" kitabı dünya miqaysında yaşanan qaçqın problemlərindən bəhs edilir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.