Maraqlı

Taylandda koronaviruslu xəstələrə robotlar qulluq edir

9 Mart 2020 14:25
0 Şərh     Baxış: 1 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Taylandda Çulalonqkorn Universiteti və "Advanced Info Service" (AIS) rabitə operatoru 5G texnologiyası əsasında ağıllı robotlar hazırlayıblar.

Milli.Az Day.Az-a istinadən bildirir ki, bu robotlar koronaviruslu xəstələrə qulluq etmək üçün uyğunlaşdırılıb. Artıq həmin robotlardan bir neçəsinin krallığın 3 xəstəxanasında "işə başladığı" qeyd edilir.

Robotlar virusa yoluxmuş şəxslərə qulluq etməklə yanaşı, koronavirus şübhəli şəxslərdə xəstəliyin simptomlarının izlənilməsi üçün də uğurla istifadə olunur.

Son məlumata görə, krallıqda 50 koronavirusa yoluxma faktı təsdiq edilib, 1 nəfər həyatını bu virusdan itirib. 33 nəfər koronaviruslu şəxsin isə sağaldığı qeyd edilir.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 70-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 100 mini, ölənlərin sayı isə 3 mini keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.