Maraqlı

Google Play Store koronavirusla bağlı tətbiqləri gizlədir?

8 Mart 2020 23:25
0 Şərh     Baxış: 1 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Google Play Store-un koronavirusla bağlı tətbiqləri gizləməyə başladığı ilə bağlı xəbər yayılıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Play Store-da "koronavirus" ya da "COVID-19" açar sözlərilə həyata keçirilən axtarışlar nəticəsiz qalır. Bu axtarışlarda yalnız kitablar görünür.

Ancaq axtarış ortada defis olmadan, "COVID19" şəklində aparıldıqda tətbiqləri tapmaq mümkündür.

İstifadəçilər dünənə qədər belə problemlə qarşılaşmadıqlarını bildirirlər.

Google Play Store-un bu addımı atmasına səbəb insanlar arasında virus ilə bağlı yanlış məlumatların yayılmasının qarşısını almağa çalışmaq ola bilər. Ancaq şirkətdən bu barədə hansısa açıqlama verilməyib. Yəni bunun sadəcə sistem xətası olması da mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.