Maraqlı

NASA agentliyi yeni Mars aparatının adını açıqladı

10 Mart 2020 22:40
0 Şərh     Baxış: 992
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NASA agentliyi uzun illərdir ki, öz kosmik aparatlarına maraqlı adların verilməsi ənənəsinə sahibdir. Mars səthində fəaliyyət göstərən Curiosity aparataına yaxın zamanda yoldaşlıq edəcək yeni Mars aparatı da bu məsələdə istisna olmayıb. Yeni Mars aparatı öz adını açıq səsvermə sayəsində əldə edib. Keçirilmiş açıq səsvermədə Yer kürəsinin hər bir şəxsi iştirak edə bilərdi. Bu barədə Engadget saytı xəbər verib.

Perseverance

    Beləliklə səsvermə nəticəsində ən çox səs toplamış ad Perseverance (inadkarlıq) olub. Qeyd etmək lazımdır ki, ən çox səs yığmış adlar üzrə ilk doqquzluğa həmçinin Endurance, Tenacity, Promise, Vision, Clarity, Ingenuity, Fortitude və Courage adları olublar. Gözləntilərə əsasən Perseverance adlı yeni Mars aparatı bu ilin iyul ayında qırmızı planetə göndəriləcək. Sözügedən aparat Mars səthində olan süxurların yığılması və saxlanması ilə məşğul olacaq. Yer kürəsindəki alimlər isə onların analizi ilə məşğul olacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.