Maraqlı

“Xiaomi” daxili ventilyatora malik tavan lampası təqdim edib

10 Mart 2020 07:51
0 Şərh     Baxış: 813
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çinin "Xiaomi" elektronika istehsalçısına məxsus "Youpin" pul toplama platformasında yeni qeyri-adi cihaz yerləşdirilib. "Huizuo Intelligent Fan Light" - bu, ventilyatora malik və "ağıllı" ev ekosisteminə uyğun uzaqdan idarəetmə funksiyasına malik tavan işıq diodu lampasıdır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkətin məlumatına görə, ventilyatorun maksimal sürəti dəqiqədə 1300 dövrə təşkil edir. Qurğunun özəlliyi mürəkkəb montaj tələb etməyən düşünülmüş konstruksiyadır.

Yeniliyin tənzimlənməsində 50 vattlıq lampa və 28 vattlıq ventilyator üçün təxminən 100 müxtəlif iş rejimi nəzərdə tutulub. "Huizuo Intelligent Fan Light" qurğusunda işığın temperaturunu 3000-6500 Kelvin dərəcəyədək tənzimləmək imkanı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.