Maraqlı

Nokia şirkətinin rəhbəri dəyişəcək

8 Mart 2020 20:50
0 Şərh     Baxış: 718
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nokia şirkətinin 10 il ərzində ilk dəfə olaraq rəhbəri dəyişəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda şirkət məlumat yayıb.

Məlumata görə, Nokia-nın prezidenti və baş icraçı direktoru Rajiva Suri vəzifəsini tərk edəcək: "Nokia şirkətində 25 illik fəaliyyətimdən sonra kompaniyadan gedirəm. Bu gündən sonra fərqli bir sahə ilə məşğul olacam".

Şirkətə bundan sonra kimin rəhbərlik edəcəyi də məlum olub.  Yeni rəhbər Fortum enerji şirkətinin keçmiş prezidenti və icraçı direktoru Pekka Lundmark olacaq. O, şirkətdə rəsmi olaraq bu ilin 1 sentyabr ayından etibarən işə başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.