Maraqlı

Hansı viruslar xərçəngə səbəb ola bilər?

7 Mart 2020 20:55
0 Şərh     Baxış: 1 253
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislər, hansı virusların bədəndəki xərçəng hüceyrələrinin böyüməsini təhrik etdiyini açıqlayıblar.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, xərçəngin əmələ gəlməsinin  təxminən 15% -i infeksiyaların payına düşür. Alman alimləri bununla bağlı araşdırma apararaq hansı patogenlərin xərcəngə səbəb olduğunu müəyyən ediblər.
Onkoloq Mark Zapatka, papilloma virusunun uşaqlıq boynunun xərçəngi və boğaz  şişinin meydana gəlməsinə təhrik etdiyini söyləyib. Epştein-Barr virusu isə mədə və burun-udlaq şişlərinə, habelə limfada bədxassəli törəmə yarada bilər.
Hepatit B virusu olanlarda bir sıra hallarda daha sonra qaraciyər xərçənginin yarandığı da məlumdur. Retrovirus isə böyrək xərçənginin inkişafı ilə əlaqələndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.