Maraqlı

Koronavirus hansı səthlərdə daha çox yaşayır?

28 Fevral 2020 12:29
0 Şərh     Baxış: 2 917
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Covid-2019 koronavirusu mis və polad səthlər üzərində 2 saata qədər yaşaya bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Xəbərdarlıq Mərkəzinin mütəxəssisləri bu qənaətə gəlib.

Kağız və plastik səthlərdə isə virus daha çox müddətdə mövcud ola bilər. Hazırda bununla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hazırda Çində yoluxanların sayı 78,630 nəfər təşkil edir, onlardan 2747 nəfər dünyasını dəyişib.

Dünyada koronavirusa yoluxan insanların ümumi sayı 82 294 nəfər olduğu bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.