Maraqlı

Aİ-nin yeni qanun layihəsi smartfonların akkumulyatorunu əvəzləməyi sadələşdirəcək

3 Mart 2020 07:41
0 Şərh     Baxış: 856
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Parlamenti istehsalçıları smartfon akkumulyatorlarının əvəzlənilməsini sadələşdirməyə məcbur edəcək bir sıra qanun layihələri hazırlayır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, hazırda Avropa İttifaqı tərəfindən müzakirə edilən təklifin əsasını akkumulyator enerjisi tükəndiyi halda onun müstəqil şəkildə dəyişdirilməsinin istifadəçilərə smartfonları daha gec əvəzləməyə imkan verməsi ilə bağlı ideya təşkil edir. Öz növbəsində bu, elektron tullantıların miqdarının azalmasına səbəb olacaq. Sənəd barədə ətraflı məlumatın martda "Avropa yaşıl sazişi"nin vitse-prezidenti Frans Timmermans tərəfindən açıqlanacağı gözlənilir.

İnsayderlərin məlumatına görə, qanun layihəsi artıq sonuncu redaktə mərhələsindədir. Smartfon istehsalçıları üçün yeni tələblər yanvarın sonunda təsdiq edilmiş enerji doldurulması portunun unifikasiyası və "USB Type-C" çıxışından istifadə qaydalarını tamamlayacaq. Bu tədbirlər siyasətçilər tərəfindən elektron tullantıların miqdarının azaldılması məqsədilə həyata keçirilir və istehsalçılara şamil ediləcək.

Bundan başqa, Avropa İttifaqı ərazisində satılmayan qurğuların kütləvi məhvinin qadağan edilməsi və onlardan ikinci dərəcəli xammal kimi istifadə təklif olunub. Həmçinin Aİ-də köhnə mobil telefon, planşet və enerji doldurma qurğularının toplanılması sistemi hazırlanır, eləcə də plastik qablaşdırmadan istifadənin məhdudlaşdırılması ilə bağlı tədbirlər görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.