Maraqlı

“13 aydır tək yatıram...”

25 Fevral 2020 18:51
0 Şərh     Baxış: 1 730
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir də evlənməyəcəm. Məndən nə istəyirsiniz?

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "Kanal D"də yayımlanan "İkinci sayfa" proqramında müğənni Demet Akalın deyib.

Sənətçi "13 aydır tək yatıram. Otaqlarımız ayrıdır. Münasibətimizlə əlaqəli bir məsələ deyil, uşaqla bağlıdır. Səhərlər qızıma mən baxıram, gecələr isə Okan. Hira dəli kimi yatır. Ona görə də böyük bir çarpayı düzəltdirmişik. İkinci mərtəbədə ata ilə yuxuya gedir" deyə, söyləyib.

D.Akalın bildirib ki, məşhurluğun faydalarından yararlanmır:

"Bankda növbə gözləyirəm. "X ray" nəzarətindən keçirəm. İdman ayaqqabısı geyinirəm və bütün bunlara görə kiminləsə dalaşmıram".

Qeyd edək ki, sənətçi evli olduğu Okan Kurtla 2018-ci ildə boşanmış, sonra yenidən barışmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.