Maraqlı

Robot ilk dəfə mikrocərrahiyyə əməliyyatı keçirib

27 Fevral 2020 07:41
0 Şərh     Baxış: 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Niderlandlı alimlər tərəfindən təqdim edilmiş robot ilk dəfə uğurlu mikrocərrahiyyə əməliyyatı keçirib. Tədqiqatın nəticələrinə əsasən məlum olub ki, avtomatlaşdırılmış prosedurlardan sonra xəstələr daha sürətli şəkildə sağalırlar.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Eyndhoven Texnologiya Universiteti və Maastrixt Universitetinin Tibb Mərkəzinin alimlərini birləşdirən Niderlandın "Microsure" startapı dünyada mikrocərrahiyyə üçün ilk klinik əlçatan cərrahi robot hazırlayıb. Cərrah tərəfindən idarə olunan robot əllərin hərəkətini dəqiq avtomatlaşdırılmış əməliyyatlara çevirir.

"Yeni robot bizə miniatür limfa və qan damarları üzərində əməliyyat aparmağa imkan verir. Biz robotun köməyi ilə istənilən ölçülü damarlar üzərində əməliyyatlar keçirə bilərik" - plastik cərrah Şan Syu Şao deyib.

Bu alət diametri 0.3-0.8 mm olan miniatür qan və limfa damarlarını birləşdirməyə imkan verir. Belə damarların birləşdirilməsinin çətin olduğuna görə hazırda yalnız az sayda cərrah supermikrocərrahiyyə əməliyyatı keçirmək qabiliyyətinə malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.